Nigeriyada hərbi əməliyyat zamanı “Boko Haram” qruplaşmasının 40 üzvü öldürülüb

Nigeriyada hərbi əməliyyat zamanı “Boko Haram” qruplaşmasının 40 üzvü öldürülüb
# 26 aprel 2014 19:44 (UTC +04:00)

Bakı-APA. Nigeriyanın şimal-şərqində hökumət qüvvələri və “Boko Haram” radikal dini qruplaşmasının dəstələri arasında döyüşlər davam edir.

APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, irimiqyaslı əməliyyatlar hazırda Borno ştatının Bulanbuli şəhərində aparılır. Döyüşlər zamanı 40-dan çox terrorçu öldürülüb, 4 hərbçi həlak olub, 9-u isə yaralanıb.

Qeyd edək ki, hərbi əməliyyat bir neçə gün əvvəl 100-dən çox məktəbli qızın girov götürüldüyü yaşayış məntəqəsinin yaxınlığında aparılır.

Hərbçilərin ehtimalına görə, terrorçular məktəbliləri Borno ştatındakı meşə massivlərinin birində saxlayırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR