Vladimir Putin: “Silah ixracatında dünyada ikinci yerdəyik”

Vladimir Putin: “Silah ixracatında dünyada ikinci yerdəyik”
# 25 aprel 2014 14:41 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiya prezidenti Vladimir Putin ölkəsinin silah ixracatında dünyada ABŞ-dan sonra ikinci yeri tutduğunu söyləyib.

APA-nın Moskva müxbiri xəbər verir ki, hərbi-texnoloji şirkətlərin toplantısında çıxış edən V. Putin bildirib ki, Rusiya dünyada silah ixrac edən lider ölkələrdən biridir: “Silah ixracatında dünyada ikinci yerdəyik. Dünya silah bazarının 29 faizini ABŞ, 27 faizini Rusiya, 7 faizini Almaniya, 6 faizini Çin, 6 faizini isə Fransa tutur. Keçən il silah ixracatımız 2012-ci illə müqayisədə 3 faiz artaraq 15,7 milyard dollara çatıb”.

Rusiya prezidenti 18 milyard dollarlıq əlavə silah sifarişi aldıqlarını və bununla da 49 milyard dollarlıq gəlir əldə etdiklərini söyləyib: “Bu, indiyədək ən yüksək göstəricidir”.

Raket hücumundan müdafiə sistemlərinin inkişafı ilə bağlı istehsalın artırılmasını istədiyini vurğulayan V. Putinin sözlərinə görə, hazırda 70-dən çox ölkə Rusiya istehsalı hava hücumundan müdafiə sistemi istifadə edir. Dünyada raket hücumundan müdafiə sisteminin üçdə biri Rusiya istehsalıdır. Rusiyanın istehsal etdiyi C-300, C-400 ve Pantzir-S1 raket hücumundan müdafiə sistemlərinə dünyada tələbat böyükdür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR