Ukrayna sərhəd xidməti Rusiya ilə sərhədin mühafizəsini gücləndirib

Ukrayna sərhəd xidməti Rusiya ilə sərhədin mühafizəsini gücləndirib
# 07 aprel 2014 19:20 (UTC +04:00)

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, idarənin mətbuat xidmətinin açıqlamasında hər gün minə yaxın sərhəd dəstəsindən istifadə olunduğu bildirilir.

Xüsusi diqqət və gücləndirilmiş nəzarət zonaları müəyyən edilib, sərhədin mühafizəsinə ölkənin Daxili işlər nazirliyi və Təhlükəsizlik xidmətinin əməkdaşları cəlb olunub.

Sərhəd xidməti ötən sutka ərzində 200-ə yaxın Rusiya vətəndaşını Ukrayna ərazisinə buraxmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR