Beyləqan rayon sakini iki nəfəri bıçaqlayıb

Beyləqan rayon sakini iki nəfəri bıçaqlayıb
# 21 yanvar 2014 10:13 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Beyləqan rayon sakini iki nəfəri bıçaqlayıb. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanvarın 19-da Beyləqan rayonu ərazisində rayon sakini Yasin Hüseynov münaqişə zəminində həmyerliləri Murad Qasımova və Pərviz Quliyevə bıçaqla xəsarət yetirib.

M.Qasımovun vəziyyəti orta-ağır, P.Quliyevə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Y. Hüseynov könüllü olaraq Beyləqan Rayon Polis Şöbəsinə gələrək təslim olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR