Beynəlxalq Muğam Mərkəzində “Göygöl” ansamblının konserti keçirilib

Beynəlxalq Muğam Mərkəzində “Göygöl” ansamblının konserti keçirilib
# 07 iyun 2014 09:11 (UTC +04:00)

Bakı - APA. Beynəlxalq Muğam Mərkəzində Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının “Göygöl” ansamblının konserti keçirilib.

APA-nın xəbərinə görə, Azərbaycan Dövlət Televiziyasının və JTI şirkətinin dəstəyi ilə keçirilən konsertdə gənc muğam ifaçıları müxtəlif musiqi nömrələri ilə çıxış ediblər.

Qeyd edək ki, xalq artisti, tarzən Fikrət Verdiyevin rəhbərlik etdiyi ansambl "Xan Şuşinski" Fondunun həyata keçirdiyi "Milli musiqimizi qoruyaq" layihəsi çərçivəsində bu yaxınlarda Parisdə konsert proqramı ilə çıxış edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR