Azərbaycan aprelin 1-dən «Euro-4» standartına cavab verməyən avtomobillərin idxalını dayandırır - YENİLƏNİB

Azərbaycan aprelin 1-dən «Euro-4» standartına cavab verməyən avtomobillərin idxalını dayandırır - <span style="color: red;">YENİLƏNİB
# 15 yanvar 2014 13:21 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutunun direktoru Sadiq Abdullayev bildirib.


Onun sözlərinə görə, yeni standartın tətbiqi Azərbaycan prezidentinin sədrliyi ilə keçirilmiş Nazirlər Kabinetinin son iclasında ekologiyanın qorunması, vətəndaşların sağlamlığı və ekoloji təhlükəsizliyinin etibarlı təminatı ilə bağlı ölkə başçısı tərəfindən verilən tapşırığa uyğun olaraq həyata keçirilir.

«Azərbaycanda gedən inkişaf standartlarına uyğun olaraq, ölkəmiz «Euro-3» standartına keçmədən birbaşa «Euro-4»ə keçib», - deyə S.Abdullayev qeyd edib.

Qeyd edək ki, «Euro-4» standartı Avropa Birliyi ölkələrində 2005-ci ildən tətbiq olunur.

Xatırladaq ki, Nazirlər Kabineti ölkə ərazisində dövriyyəyə buraxılan (idxal və Azərbaycanda istehsal edilən) avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrə dair tələblərin «Euro-4» ekoloji normalarına uyğunlaşdırılması barədə qərar qəbul edib.


Qəbul olunan qərara əsasən, avtonəqliyyat vasitələrindən atmosferə atılan zərərli maddələrin miqdarının azaldılması və ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədi ilə ölkə ərazisində dövriyyəyə buraxılan (idxal və yerli istehsal) avtonəqliyyat vasitələrindən atmosferə atılan zərərli maddələr üzrə aprelin 1-dən «Euro-4» ekoloji normaları tətbiq ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR