Ötən il 380,7 milyon vətəgə əhəmiyyətli balıq körpələri su hövzələrinə buraxılıb

Ötən il 380,7 milyon vətəgə əhəmiyyətli balıq körpələri su hövzələrinə buraxılıb
# 05 mart 2014 13:24 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Ötən il su hövzələrində bioloji resursların artırılması və mühafizəsi istiqamətində tədbirlər həyata keçirilərək, balıqartırma müəssisələri tərəfindən 380,7 milyon ədəd müxtəlif növ vətəgə əhəmiyyətli (o cümlədən 4,0 milyon ədəd nərəcinsli, 166,2 min ədəd qızılbalıq) və 371 milyon ədəd çəkikimilər balıq körpələri artırılaraq, Xəzər dənizinə və digər su hövzələrinə buraxılıb.

APA-nın məlumatına görə, bu barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il üzrə illik hesabatında qeyd olunub.

Hesabatda bildirilib ki, 2013-cü ilin yaz-yay balıqartırma mövsümündə Xıllı nərə Balıqartırma zavodunda Azərbaycanda süni balıqartırma tarixində ilk dəfə olaraq, kürüdən kürüyə prinsipi tətbiq olunub, zavodda saxlanılan və təmir törədici fondunun tərkibinə daxil edilən törədici balıqlardan cinsi məhsullar alınıb. Bu təşəbbüs mövcud infrastrukturun təkmilləşdirilməsi yolu ilə gələcəkdə digər nərə balıqartırma zavodlarında balıqların əmtəə yetişdiriciliyinə böyük dəstək verəcək.

O da qeyd edilib ki, meşə fondunun artırılması və bərpası istiqamətində görülən tədbirlər nəticəsində 10,1 min hektar sahədə meşəbərpa tədbirləri, o cümlədən 2,7 min hektar sahədə meşə əkini və səpini işləri yerinə yetirilib, 3,3 milyon ədəd ağac əkilib. Meşə və qeyri meşə fondu ərazilərində meşə əkinlərinin becərilməsi məqsədi ilə 182,6 ton müxtəlif növdə ağac və toxumları tədarük edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR