Salyan sakinindən narkotik vasitə götürülüb - VİDEO

Salyan sakinindən narkotik vasitə götürülüb - <span style="color: red;">VİDEO
# 06 fevral 2014 11:28 (UTC +04:00)

Salyan. Əlibəy Zeynallı - APA. Salyan rayon sakinindən narkotik vasitə götürülüb.

Bu barədə APA-nın Mil-Muğan bürosuna Salyan Rayon Polis Şöbəsinin (RPŞ) baş müstəntiqi Samir Həsənov bildirib. Keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul Salyan şəhər sakini, əvvəllər məhkum olunmuş Elnur Lazım oğlu Kərimov şübhəli şəxs qismində saxlanılıb.

Onun üzərinə baxış keçirilən zaman bir ədəd sellofan bükümdə xalis çəkisi 0.734 qram narkotik vasitə olan tiryək aşkarlanıb.

Elnur Kərimovun öz razılığı ilə yaşadığı mənzilə baxış keçirilərkən oradan ümumi çəkisi 26.584 qram tiryək və 1.13 qram çətənə toxumu aşkar olunub. Elnur Kərimov ilkin istintaq zamanı narkotik vasitələrin alveri ilə məşğul olmasını etiraf edib.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR