Sülhəddin Əkbər: “Təkliflərimizə müsbət cavab verilməsə, Milli Şurada qalıb, vaxt itirmək fikrində deyilik”

Sülhəddin Əkbər: “Təkliflərimizə müsbət cavab verilməsə, Milli Şurada qalıb, vaxt itirmək fikrində deyilik”
# 13 yanvar 2014 08:49 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. “Milli Şurada yaranmış vəziyyət, bundan çıxış yolları barədə təkliflər paketi hazırlayıb, Milli Şuranın sədri Cəmil Həsənli, AXCP sədri Əli Kərimli, “El” Hərəkatının sədri Eldar Namazov və KXCP sədri Mirmahmud Mirəlioğluna göndərmişəm. Təkliflərimizə müsbət cavab verilməsə, Milli Şurada qalıb, vaxt itirməyin tərəfdarı deyilik”.

Bunu APA-ya açıqlamasında Azad Demokratlar Partiyasının Təşkilat Komitəsinin sədri, Milli Şuranın üzvü Sülhəddin Əkbər deyib.

S. Əkbər Milli Şurada yaranmış böhranla bağlı hazırladığı təkliflər paketinin dəyərləndiriləcəyinə ümid etdiyini bildirib. O, Milli Şuranı tərk edəcəyini də istisna etməyib: “Son hadisələr baş verməmişdən öncə də bildirmişdim ki, əgər Milli Şuranın konkret, aydın məqsədi və bunu həyata keçirmək üçün aydın strategiyası olmayacaqsa, biz orda qalmağın tərəfdarı deyilik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR