İranda İraqda döyüşmək üçün könüllülər səfərbər olunur

İranda İraqda döyüşmək üçün könüllülər səfərbər olunur
# 17 iyun 2014 09:33 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranda “İraq-Şam İslam Dövləti”nin (İŞİD) qüvvələri ilə mübarizə aparmaq üçün könüllülər səfərbər olunur.

APA-nın İranın “Səhər” telekanalına istinadən verdiyi məlumata görə, bunda məqsəd İraqdakı müqəddəs ziyarətgahları müdafiə etməkdir. Bununla bağlı http://harimshia.org/ internet saytı yaradılıb. Nəticədə 4200 nəfər könüllü şəkildə İraqa getmək üçün qeydiyyatdan keçib.

Qeyd edək ki, İraqın tanınmış təqlidi mərcələrindən ayətullah Sistani, eləcə də digər alimlər İŞİD silahlılarının cinayətlərinin qarşısını almaq üçün “Kəfayi Cihad” elan ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR