Azərbaycanın quru ərazilərində daha 5 seysmik stansiya quraşdırılacaq

Azərbaycanın quru ərazilərində daha 5 seysmik stansiya quraşdırılacaq
# 17 iyun 2014 09:12 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycan ərazisində seysmik müşahidə şəbəkəsini genişləndirmək məqsədi ilə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) tərəfindən quru ərazidə telemetrik peyk rabitəsi ilə işləyən daha 5 seysmik stansiyanın quraşdırılması nəzərdə tutulur.

RSXM-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, yeni seysmik stansiyalar Xızı, Daşkəsən, Neftçala, Tovuz və Ağdaş rayonlarının ərazisində tikiləcək. Artıq yeni stansiyaların yerlərinin seçilməsi prosesi başa çatıb. Yeni stansiyaların açılması respublika ərazisində aparılan seysmoloji tədqiqatların keyfiyyətini daha da yüksəldəcək.

Hazırda ölkə ərazisində ABŞ-ın “Kinemetrks” şirkətinin istehsalı olan 35 telemetrik peyk rabitəsi ilə işləyən seysmik stansiyalar fəaliyyət göstərir. Bu stansiyalar vasitəsilə bütün dünya ölkələrində baş verən zəlzələləri qeydə almaq mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR