Suriyanın kimyəvi silahlarının 80 faizi ölkədən çıxarılaraq məhv edilib

Suriyanın kimyəvi silahlarının 80 faizi ölkədən çıxarılaraq məhv edilib
# 19 aprel 2014 22:23 (UTC +04:00)

Bakı-APA. Suriyada bu vaxtadək kimyəvi silahların 80 faizi ölkədən çıxarılaraq məhv edilib. APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə BMT və Kimyəvi silahların qadağan olunması üzrə təşkilatın birgə missiyasının əlaqələndiricisi Siqril Kaq bildirib.

Qrafikə əsasən, Suriyanın kimyəvi silah arsenalları ölkədən aprelin 27-dək çıxarılmalı və iyunun 30-dək zərərsizləşdirilməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR