Vəkillər Kollegiyasının Rəyasət Heyəti “Azadlıq” qəzetində dərc olunmuş məqalə ilə bağlı məlumat yayıb

Vəkillər Kollegiyasının Rəyasət Heyəti “Azadlıq” qəzetində dərc olunmuş məqalə ilə bağlı məlumat yayıb
# 09 sentyabr 2013 10:03 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət Heyəti “Azadlıq” qəzetində dərc olunmuş məqalə ilə bağlı məlumat yayıb.

Vəkillər Kollegiyasından APA-ya verilən xəbərə görə, məlumatda qəzetdə dərc olunan yazıda vəkil kimi təqdim olunan şəxsin vəkil olmadığı qeyd edilib: “Azadlıq” qəzetinin 05 sentyabr 2013-cü il tarixli buraxılışında "Vəkildən Zakir Qaralova şok müraciət" başlıqlı yazı dərc olunub. Həmin yazıda Əlabbas Rüstəmli adlı şəxs cəmiyyətə tanınmış vəkil olaraq təqdim olunub. Bununla bağlı Vəkillər Kollegiyasının Rəyasət Heyəti bildirir ki, "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna əsasən, yalnız Vəkillər Kollegiyası üzvlüyünə müəyyən olunmuş qaydada qəbul edilib və vəkil andı içmiş şəxslər vəkillik fəaliyyətini həyata keçirə bilərlər. Beləliklə, adı çəkilən şəxsin – Əlabbas Rüstəmlinin Kollegiyanın üzvü olmadığı nəzərə alınaraq onun barəsində mətbuatda məlumat verilərkən "vəkil" adından qanunsuz istifadəyə yol verilməməsi KİV-lərdən xahiş olunur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR