«Bank of Baku» sahibkarlar üçün yeni SMS xidməti istifadəyə verib

«Bank of Baku» sahibkarlar üçün yeni SMS xidməti istifadəyə verib
# 19 iyun 2013 09:05 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə dəstək məqsədi ilə «Bank of Baku» ASC yeni xidməti istifadəyə verib.

Bankdan «APA-Economics»ə verilən məlumata görə, «Bank of Baku»dan kiçik biznes krediti almış sahibkarlar 8145 SMS xidmətindən faydalana biləcək. Əgər bundan öncə 8145 SMS xidmətindən bir müddət bankın istehlak kreditləri üzrə müştəriləri istifadə edirdisə, bundan sonra sözügedən xidmətdən həmçinin kiçik biznes krediti almış müştərilər də yararlanacaq.

Qeyd edək ki, 8145 nömrəsinə müvafiq ismarış göndərməklə bankın müştəriləri təklif olunan kredit şərtlərini, «Dostlar klubu» çərçivəsində hansı növ imtiyazlı kart ala biləcəklərini və bonus məbləğini öyrənə bilərlər. «Bank of Baku»nun daimi müştəriləri «Dostlar Klubu»nun hansı kartına («Brilyant», «Qızıl», «Gümüş») sahib olduğunu və nə qədər kredit ala biləcəyini öyrənmək üçün isə «Dost» - boşluq - 6 rəqəmli müştəri kodunu yazıb 8145-ə SMS göndərə bilər (məsələn: «Dost 345214» yazıb 8145-ə göndərin). Əgər daha əvvəl müştərinin krediti olmayıbsa o zaman, «Bank of Baku»dan kredit almağı düşünənlər kredit şərtlərini öyrənmək üçün iş yerinin adını yazıb 8145-ə SMS göndərməklə müvafiq məlumat əldə edə bilərlər (məsələn: «Badamdar qəsəbəsi, Ərzaq mağazası» yazıb 8145-ə göndərin).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR