Hicran Hüseynova Qəbələdə vətəndaşları qəbul edib   - VİDEO

Hicran Hüseynova Qəbələdə vətəndaşları qəbul edib   - <span style="color: red;">VİDEO
# 29 avqust 2013 10:40 (UTC +04:00)

Qəbələ. Elvin Yaqubov - APA. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova avqustun 29-da Qəbələ Mədəniyyət Mərkəzində vətəndaşları qəbul edib. APA-nın məlumatına görə, qəbulda Qəbələ və ətraf rayonlardan olan vətəndaşlar iştirak edib, onların şikayət və təklifləri dinlənilib. Qadınları daha çox narahat edən məqamlar, xüsusilə qızların təhsildən yayınmaları, erkən nikah və boşanmaların yaratdığı problemlər, qadın sahibkarlara dəstək məsələləri ilə əlaqədar daha çox müraciətlər olub. İşlə təminat, alimentlərin ödənilməsindəki çətinliklər və digər məsələlərlə bağlı müraciətlər də qeydə alınıb. Qəbul zamanı bir çox şikayətlər yerindəcə həllini tapıb. Bəzi vətəndaşların komitənin səlahiyyətlərinə aid olmayan müraciətləri isə müvafiq dövlət qurumlarına çatdırılmaq üçün qeydiyyata götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR