Suriyada silahlılar məktəbi atəşə tutub: 5 nəfər şagird ölüb

Suriyada silahlılar məktəbi atəşə tutub: 5 nəfər şagird ölüb
# 03 fevral 2014 15:28 (UTC +04:00)

Bakı – APA. Suriyada silahlıların məktəb binasını atəşə tutması nəticəsində 5 nəfər şagird ölüb.

APA-nın Suriyanın SANA informasiya agentliyinə istinadən verdiyi məlumata görə, hadisə Həma şəhəri yaxınlığında yerləşən Rabiyə yaşayış məntəqəsində baş verib.

Hökumət qüvvələrinə qarşı döyüşən silahlılar məktəb binasını minaatanlardan atəşə tutub.

Yaralananların sayı haqqında məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR