Xarici ölkədə pasportundan məhrum olan Azərbaycan vətəndaşlarının ölkəyə qayıtması üçün ciddi güzəştlər tətbiq olunur

Xarici ölkədə pasportundan məhrum olan Azərbaycan vətəndaşlarının ölkəyə qayıtması üçün ciddi güzəştlər tətbiq olunur
# 04 oktyabr 2013 12:51 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Xarici ölkədə pasportunu itirmiş, pasportu oğurlanmış və ya yararsız hala düşmüş, pasportunun etibarlılıq müddəti bitmiş vətəndaşların Azərbaycana qayıtması ilə bağlı ciddi güzəştlər tətbiq olunur.

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı “Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydası haqqında Əsasnamə”nin 17-ci maddəsinə dəyişiklik layihəsi müzakirəyə çıxarılacaq.

Layihəyə əsasən, qayıdış şəhadətnamənin itirilməsinə və ya qəsdən korlanmasına görə məsuliyyət ləğv olunur. Layihə parlamentin plenar iclasına tövsiyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR