“The Wall Street Journal”: İran aviasiyasına İŞİD terrorçularının ölkə sərhədlərinə yaxınlaşacaqları təqdirdə bombardman edilməsi barədə göstəriş verilib

“The Wall Street Journal”: İran aviasiyasına İŞİD terrorçularının ölkə sərhədlərinə yaxınlaşacaqları təqdirdə bombardman edilməsi barədə göstəriş verilib
# 13 iyun 2014 13:09 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. İran İraqa dəstək, həmçinin Kərbəla və Nəcəf şəhərlərinin “İraq-Şam İslam Dövləti” (İŞİD) adlı terrorçu qruplaşmasının hücumlarından qorunması üçün bu ölkəyə öz hərbçilərini göndərib. APA-nın “Radiofərda”ya istinadən verdiyi məlumata görə, bu barədə ABŞ-da nəşr olunan “The Wall Street Journal” qəzeti yazıb.

Xəbərdə bildirilir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusuna (“Sepah”) məxsus iki batalyon iyunun 11-də İranın Qərbi Azərbaycan və Loristan vilayətlərindən İraqa yola salınıb: “Bundan əlavə, İraqla həmsərhəd bölgədəki qüvvələr də hər cür gərginliyə hazır vəziyyətə gətirilib. Belə ki, İran Hərbi Hava Qüvvələrinə İŞİD terrorçularının bu ölkənin sərhədlərinə 100 kilometr məsafədə yaxınlaşacaqları təqdirdə bombardman edilməsi barədə göstəriş verilib. İran lazım gələrsə Nuri əl-Maliki hökumətini dəstəkləmək üçün Suriyadakı “könüllü qüvvələri”ni də İraqa göndərmək niyyətindədir”.

Qeyd edək ki, bəzi məlumatlarda “Sepah”ın Qüds qanadının komandanı, briqada generalı Qasım Süleymaninin də İraqda olduğu, daha bir “Sepah” batalyonunun İraq ordusu ilə birlikdə şəhərlərin İŞİD terrorçularından müdafiəsi və təmizlənməsi prosesində hərbi əməliyyatlar apardığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR