Azərbaycan Diplomatik Akademiyasının nümayəndə heyəti Argentinaya səfər edib - FOTO

Azərbaycan Diplomatik Akademiyasının nümayəndə heyəti Argentinaya səfər edib  - <span style="color: red;">FOTO
# 27 avqust 2013 07:13 (UTC +04:00)

ADA Kommunikasiya Departamentindən APA-ya verilən məlumata görə, nümayəndə heyətində akademiyanın icraçı prorektoru Fariz İsmayılzadə, İctimai və Beynəlxalq Əlaqələr üzrə İnstitutunun dekanı Anar Vəliyev və ADA-nın argentinalı məzunu, hazırda isə beynəlxalq proqramlar üzrə kordinatoru Tomas Xerbasio təmsil olunub.

Səfərdə məqsəd Argentinanın elm-təhsil mərkəzləri ilə əlaqələrin inkişaf etdirilməsi və Xəzər bölgəsindəki geosiyasi vəziyyətlə bağlı təşkil olunmuş seminarlarda iştirak etmək olub.

Səfər çərçivəsində ADA-nın nümayəndələri La Plata Dövlət Universiteti, Belqrano Universiteti, El Salvador Universiteti, Santiaqo Seria və Buenos-Ayres Texnologiya İnstitutu və Rosario Universitetinin rektor və professor heyəti ilə görüşüb, bu təhsil müəssisələri və ADA arasında əməkdaşlıq imkanları, birgə layihələr, o cümlədən müəllim və tələbə mübadilə proqramlarının həyata keçirilməsi üçün atılacaq addımları razılaşdırıblar. Səfər zamanı La Plata Dövlət Universiteti və ADA arasında anlaşma memorandumu imzalanıb.

Nümayəndələr, həmçinin Buenos-Ayresin Belqrano Universitetində La Plata Dövlət Universiteti, El Salvador Universiteti və Belqrano Universitetinin birgə təşkilatçılığı ilə “Xəzər hövzəsində geosiyasi proseslər” mövzusunda təşkil olunmuş seminarda da iştirak ediblər. Seminarda çıxış edən Fariz İsmayılzadə və Anar Vəliyev Cənubi Qafqaz və Mərkəzi Asiyada baş verən proseslər, regionun geosiyasəti, enerji və infrastruktur layihələri, inkişafı, regiondakı təhlükəsizlik məsələləri, ərazi münaqişələri və Azərbaycanın regional proseslərdəki rolu barədə danışıblar.

Səfər çərçivəsində ADA nümayəndələri həmçinin Argentina Xarici İşlər və Etiqad Nazirliyinin Milli Diplomatik Xidmət İnstitutu (İSEN), Argentina Elm, Texnologiyalar və Produktiv İnnovasiya Nazirliyinin İKT sektorunun rəsmiləri, o cümlədən Argentinanın beynəlxalq münasibətlər üzrə tanınmış alimləri, jurnalistlər, tədqiqatçılar və Argentina XİN-in nümayəndələri ilə də görüşərək Azərbaycanın xarici siyasət prioritetləri, regional siyasətdəki rolu mövzularında fikir mübadiləsi aparıb, habelə gələcəkdə argentinalı ekspertlərin iştirakı ilə Azərbaycanda Latın Amerikası regionundakı proseslərlə bağlı seminarların keçirilməsi planlarını müzakirə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR