DBX heyvanlar arasında aparılan peyvəndlənmə ilə bağlı statistik rəqəmləri açıqlayıb

DBX heyvanlar arasında aparılan peyvəndlənmə ilə bağlı statistik rəqəmləri açıqlayıb
# 30 yanvar 2014 14:24 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) ötən il müxtəlif xəstəliklərə görə heyvanlar arasında aparılan peyvəndlənmə ilə bağlı statistik rəqəmləri açıqlayıb.

DBX-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qarayara xəstəliyinə görə 2 839 542 baş iribuynuzlu, 7 761 988 baş xırdabuynuzlu və 101 454 baş təkdırnaqlı heyvanlarda, dabaq xəstəliyinə görə A,O, Asiya 1 tipinə qarşı 5 111 901 baş iribuynuzlu heyvanlarda, A,O tipinə qarşı 3 161 521 baş xırdabuynuzlu heyvanlarda, Leptospiroza qarşı 836 703 baş iribuynuzlu heyvanda, 494 661 baş xırdabuynuzlu heyvanda, qoyunların çiçəyinə qarşı 8816873 baş davarda, həmçinin quşların nyukaslına qarşı 14 719 540 baş quşda H vaksini ilə, 19 843 616 baş quşda La-Sota vaksini ilə profilaktik peyvəndləmə aparılıb.


Ötən il 1 134 732 baş iribuynuzlu, 163 593 baş xırdabuynuzlu heyvanlardan qan nümunəsi alınaraq, baytarlıq laboratoriyalarında seroloji müayinə aparılıb, nəticədə 1163 baş iribuynuzlu, 310 baş xırdabuynuzlu heyvanda brusellyoz xəstəliyini aşkar edilib. Xırdabuynuzlu heyvanlarda brusellyoz xəstəliyinə qarşı profilaktik məqsədlə Rev-1 vaksini ilə 1 482 124 baş heyvanda peyvəndləmə aparılıb. Bununla yanaşı, epididimit xəstəliyinə görə 86 512 baş törədici qoç, vərəmə görə 540 552 baş iribuynuzlu heyvan müayinə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR