Səhiyyə Nazirliyi Bərdədə baş verən kütləvi zəhərlənmə hadisəsini araşdırır

Səhiyyə Nazirliyi Bərdədə baş verən kütləvi zəhərlənmə hadisəsini araşdırır
# 02 aprel 2014 12:04 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Səhiyyə Nazirliyi aprelin 1-də Bərdə rayonunda baş verən kütləvi zəhərlənmə hadisəsinə aydınlıq gətirib. Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev APA-ya açıqlamasında bildirib ki, hadisə nəticəsində 7 azyaşlı tort və lobyadan zəhərlənib. O deyib ki, zəhərlənmənin dəqiq səbəblərinin araşdırılması məqsədilə RGEM-in Bərdə rayonunda yerləşən şöbəsinə tapşırıqlar verilib: “Bərdədə zəhərlənmənin dəqiq səbəbləri araşdırılır. Hadisə ev şəraitində baş verdiyi üçün onun səbəblərinin araşdırılması nisbətən asan olacaq. Əgər evdə zəhərlənməyə səbəb kimi göstərilən qidanın qalıqlarından qalıbsa, onlar müayinə ediləcək, bundan əlavə, xəstələrin vəziyyəti öyrəniləcək. Bütün bunlardan sonra mərkəzə məlumat veriləcək və zəhərlənmənin dəqiq səbəbləri məlum olacaq”.

İ. Abdullayev qeyd edib ki, ümumilikdə bu il Azərbaycan qidadan zəhərlənmə hallarının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə daha azdır. Onun sözlərinə görə, ötən il botulizm və digər hadisələrdən zəhərlənmə halları daha çox idi. İaşə və ticarət məhsullarından zəhərlənmə halları ötən il və bu ilin ilk aylarında qeydə alınmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR