Quram Marxuliya: “Gürcüstanda Rusiya vətəndaşlığını qəbul edən ermənilər vaxt itirmədən Gürcüstan vətəndaşlığından çıxarılmalı və deportasiya olunmalıdır”

Quram Marxuliya: “Gürcüstanda Rusiya vətəndaşlığını qəbul edən ermənilər vaxt itirmədən Gürcüstan vətəndaşlığından çıxarılmalı və deportasiya olunmalıdır”
# 04 aprel 2014 22:47 (UTC +04:00)

APA-nın Gürcüstan bürosunun məlumatına görə, Q. Marxuliya bildirib ki, Rusiya özünün geosiyasi siyasəti ilə Ermənistanı Gürcüstana qarşı zəhərləmək istəyir, lakin Ermənistanın qədim arzusu Gürcüstandan bir parça torpaq qopartmaq olub: “ İndi Rusiyanın siyasəti Ermənistanın siyasəti ilə üst-üstə düşür. İndi Ermənistan Rusiyaya arxalanır və Rusiyanın Gürcüstandakı keçmiş səfirliyində Gürcüstan vətəndaşları olan ermənilərə Rusiya pasportları paylanılır. Rusiya istəyir ki, nə vaxt Ermənistan tərəfdən Cavaxetiyaya hərbi müdaxilə edəndə onun əsası olsun ki, Cavaxetiyada Rusiya vətəndaşlarını müdafiə edir. Rusiya bunu Krımda etdiyi kimi həyata keçirmək istəyir. Buna görə də bu hadisə Rusiyanın bu günkü siyasəti ilə üst-üstə düşür. Ermənistan isə tarixən belə hərəkət edib. Düzdür, onlar pasport paylamayıblar, amma onlar torpaqlarımızı özlərinə birləşdiriblər və gürcü tarixi abidələrini, kilsələri uçurublar. Buna görə də onların köhnə arzuları Rusiyanın siyasəti ilə üst-üstə düşür. Buna görə də Rusiya vətəndaşlığını qəbul edən erməniləri vaxt itirmədən Gürcüstan vətəndaşlığından çıxartmaq lazımdır. Hakimiyyət həmin erməniləri Gürcüstan vətəndaşlığından məhrum edib, onları Gürcüstandan deportasiya etməlidir. Bu, situasiyadan çıxış yoludur,” gürcü alim bildirib.

Professor Quram Marxuliya Cənubi Qafqazda Krım formatının həyata keçməyəcəyini bildirib: “Rusiyanın bu məqsədə can atması ilə heç vaxt nə Cavaxetiya, nə də Dağlıq Qarabağ Rusiyaya birləşdirilə bilməz. Bu coğrafi cəhətdən mümkün deyil. Siyasi cəhətdən isə bu istək Rusiyanın parçalanmasına səbəb olacaq. Buna görə də bu, nə mənəvi, nə coğrafi, nə də ərazi cəhətdən mümkün olan deyil. Amma Rusiya bütün Cənubi Qafqazı işğal edə bilər. Bu, geosiyasi cəhətdən mümkündür, lakin qonşuluğumuzda Türkiyə də var. Sözsüz ki, Gürcüstan da, Azərbaycan da Türliyəyə ümid bəsləyir. Fikirləşirəm ki, regionda ən böyük oyunçu Türkiyə hesab olunur. Türkiyə heç vaxt Rusiyaya Cənubi Qafqazı anneksiya etməyə imkan verməz.”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR