Məmməd Arifin yaradıcılığına həsr olunmuş elmi seminar keçirilib

Məmməd Arifin yaradıcılığına həsr olunmuş elmi seminar keçirilib
# 01 iyul 2014 11:59 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Məmməd Arif Dadaşzadənin yaradıcılığına həsr olunmuş elmi seminar keçirilib. Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) APA-ya verilən məlumata görə, seminar M. Arifin 110 illik yubileyinin keçirilməsi haqqında sərəncam çərçivəsində baş tutub. Tədbirdə qeyd olunub ki, Azərbaycan ədəbiyyatında, o cümlədən, filoloji fikir tarixində xüsusi yeri olan M.Arif yaradıcılığa şeirlə qədəm qoyub, dövri mətbuatda məqalələri, şeir, hekayə və tərcümələri çap olunmağa başlayıb.

Seminarda muzeyin “Yeni və müasir Azərbaycan ədəbiyyatının tədqiqi və təqdimi” şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Göyərçin Mustafayeva “Məmməd Arifin elmi-tənqidi fikirləri” mövzusunda məruzə ilə çıxış edib. O, M.Arifin şeir, dramaturgiya, roman janrının yaradıcılıq problemləri, Füzuli, Nəsimi, Vaqif, Mirzə Ələkbər Sabir, Səməd Vurğun, Cəfər Cabbarlı irsi, üslubu haqqındakı dəyərli tədqiqatlarından ətraflı bəhs edib, görkəmli alimin ədəbi tənqidin fundamental inkişafı yolundakı xidmətlərini diqqətə çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR