İqbal Ağazadə müavinlərini istefaya göndərməsinin səbəblərini açıqlayıb

İqbal Ağazadə müavinlərini istefaya göndərməsinin səbəblərini açıqlayıb
# 04 iyun 2014 11:43 (UTC +04:00)

Ümid Partiyasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sərəncama əsasən Ümid Partiyası İcra Aparatının rəhbəri Nəsimi Məmmədli, sədrin siyasi məsələlər üzrə müavini Qasım Həsənov, təşkilati məsələlər üzrə müavini Rəfail Tağızadə, iqtisadi məsələlər üzrə müavini Razi Abasbəyli, xaricdə yaşaya həmvətənlər və diaspora ilə iş üzrə müavini Rüfət Muradlı, humanitar məsələlər üzrə müavini Səməd Hətəmov və sədrin ailə, qadın və uşaq məsələləri üzrə müavini Könül Quliyeva tutduqları vəzifədən azad ediliblər.

Yaxın zamanlarda yeni sədr müavinləri təyin olunacaq və ictimaiyyətə açıqlama veriləcək.

İ.Ağazadə APA-ya açıqlamasında deyib ki, sədr kimi partiya işinin effektivliyini və qarşıya qoyulan məqsədlərin yerinə yetirilməsində bilavasitə şəxsdir və bu tip məsələlərdə Nizamnamə çərçivəsində sərbəst qəbul etmək ixtiyarı var: “Partiya işi bugünkü səviyyədə həm partiyanın sistemini, həm də fərdi olaraq məni qane etmədiyi üçün bu addımı atmışam. Vəzifədən azad etdiyim şəxslərin öncədən bu barədə məlumatları da yox idi. Rəyasət Heyətini çağırdım və bu barədə qərarımı elan etdim. Qərarım da müzakirəyə açıq deyil, çünki Nizamnamənin konkret bəndi mənə bu səlahiyyəti verir, Məclisin də buna qarışmaq səlahiyyəti yoxdur. Çünki mən sədr olaraq partiya işini təşkil etməyə məsulam. Ona görə də güman edirəm ki, bu barədə narazılıq da olmamalıdır. Vəzifəsindən azad etdiyim müavinlərin yenidən təyinatı da mümkün ola bilər. Bu, fərdi söhbətlərimdən, qarşılarına qoyulacaq vəzifələrə necə yanaşılacağından asılı olacaq. Vəzifəsindən azad edilənlərin hər biri ilə fərdi söhbət olacaq”.

İ.Ağazadə hələ ki, vəzifəsindən azad edilən müavinlərdən istefa verəcəyini açıqlayan olmadığını da söyləyib: “Onların da Nizamnaməyə əsasən partiyada üzv kimi qalıb-qalmamaq səlahiyyətləri var”.

İ.Ağazadə istefa vermiş sədr müavini Könül Quliyevanın adının sərəncamda azad edilənlər sırasında olmasını da təbii sayıb: “İstefa qəbul edilməlidir, ona görə də sərəncamda onun da adının yer alması təbiidir”.

K.Quliyevanın APA-ya açıqlamasında istefasının şəxsi və partiya işlərinin çoxluğu ilə əlaqədar olmamasını söyləməsinə gəlincə, İ. Ağazadə deyib ki, K.Quliyeva özü bilər: “Onun mənə yazdığı ərizədə bu səbəblər göstərilib. Onun bəyanatında nə deyəcəyini isə şərh edə bilmərəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR