İstanbulda polislə etirazçılar arasında toqquşma olub

İstanbulda polislə etirazçılar arasında toqquşma olub
# 27 dekabr 2013 22:07 (UTC +04:00)

Bakı-APA. İstanbulda polislə etirazçılar arasında toqquşma olub. APA-nın DHA-ya istinadən verdiyi məlumata görə, Taksim meydanında icazəsiz aksiya keçirmək istəyən bir qrup şəxs polis əməkdaşlarına daş, dəmir parçaları, şüşə qabları və fişənglər atıb. Buna cavab olaraq polis gözyaşardıcı qazdan və su şırnaqlarından istifadə edib.

Etirazçılar arasında saxlanılanların olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR