Qubada ev yanıb

Qubada ev yanıb
# 01 fevral 2014 07:51 (UTC +04:00)

Quba. Vəli Turan - APA. Yanvarın 31-i axşam saatlarında Quba rayonunda yanğın hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonunun İkinci Nügədi kəndində qeydə alınıb. Kənd sakini Süleymanov Bənövşə Sərraf qızına məxsus, ümumi sahəsi 160 kv.m olan ikimərtəbəli 4 otaqdan, aynabənddən ibarət evin 2-ci mərtəbəsinin və dam örtüyünün yanar konstruksiyaları 80 kvadrat metr sahədə yanıb.

Yanğınsöndürənlərin səyi nəticəsində yanğının genişlənməsinin qarşısı alınıb, evin qalan hissəsi yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR