“Bank Technique” qrup kreditlərinin verilməsinə başlayıb

“Bank Technique” qrup kreditlərinin verilməsinə başlayıb
# 11 oktyabr 2013 12:42 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycanın “Bank Technique” ölkədə sahibkarlara kiçik biznes kreditlərinin verilməsini genişləndirmək məqsədilə yeni kredit layihəsi - qrup kreditlərinə start verir.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, bu növ kreditlərdən bir-birini yaxşı tanıyan, eyni ərazidə yaşayan və ya eyni müəssisədə işləyən istehsalat, xidmət, ticarət və kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan qruplar yararlana bilərlər.

Qeyd edək ki, 12 ay müddətinə birgə zaminlik əsasında verilən qrup kreditinin məbləği 3 000 manatadək nəzərdə tutulub. Qrup üzvlərinin sayı minimum 3, maksimum 10 nəfər ola bilər.

Sahibkarlıq fəaliyyəti və ya ailə təsərrüfatı ilə məşğul olan vətəndaşlara sadələşdirilmiş qaydada kredit-maliyyə xidmətlərin göstərilməsi məqsədini daşıyan layihə, həm də regionların sosial-iqtisadı inkişafına bir töhfədir. İlkin mərhələdə qrup kreditləri Gəncə, Zaqatala, Biləsuvar və Beyləqan rayonlarında veriləcək, sonra isə digər regionlara da şamil olunacaq. Sahibkarlar artıq “Bank Technique”in qeyd edilən rayonlardakı filiallarına müraciət edə bilərlər.

Qeyd edək ki, hazırda “Bank Technique”in 32 filialı və 8 şöbəsi Bakı, Gəncə, Sumqayıt, Abşeron, Mingəçevir, Quba, Qəbələ, Beyləqan, Biləsuvar, Neftçala, Zaqatala, Cəlilabad, Ağstafa, Lənkəran, Xaçmaz, Balakən və Tərtərdə müştərilərin xidmətindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR