Serbiyanın Avropa İttifaqına qəbulu ilə bağlı danışıqlar yanvarın 21-də başlayacaq

Serbiyanın Avropa İttifaqına qəbulu ilə bağlı danışıqlar yanvarın 21-də başlayacaq
# 15 yanvar 2014 13:54 (UTC +04:00)

Bakı – APA. Serbiyanın Avropa İttifaqına qəbulu ilə bağlı I hökumətlərarası konfrans yanvarın 21-də Brüsseldə keçiriləcək.

APA – nın məlumatına görə, bu barədə İTAR-TASS Avropa İttifaqı Şurasının mətbuat xidmətinə istinadən xəbər yayıb.

Danışıqlarda 35 maddədən ibarət sənəd müzakirə olunacaq.

Ekspertlərin qiymətləndirməsinə görə, Serbiyanın Avropa İttifaqına qəbulu ilə bağlı danışıqlar prosesi 3-5 il çəkəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR