Ucar rayonunda keçirilən reyd zamanı 25-dən çox sürücü cərimələnib

Ucar rayonunda keçirilən reyd zamanı 25-dən çox sürücü cərimələnib
# 17 iyun 2014 19:50 (UTC +04:00)

Ucar. Zahid Abışov – APA. Ucar rayonunda qayda pozan sürücülərə qarşı reyd keçirilib.

APA – nın yerli bürosunun məlumatına görə, rayon polis şöbəsinin əməkdaşlarının iştirakı ilə keçirilən reyd zamanı qayda pozan sürücülərə qarşı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokollar tətbiq edilib.

Reyd bir sıra maraqlı məqamlarla yadda qalıb. Belə ki, polis tərəfindən saxlanılan sürücülərin bəziləri öz əməllərinə haqq qazandırmaq da istəyiblər. Ancaq onların bütün bu cəhdləri boşa çıxıb və onlar da cərimələrdən yayına bilməyiblər.

Reyd zamanı yol polisi əməkdaşlarının əmrlərinə tabe olmayan sürücülərə də rast gəlmək mümkün olub.

Bu reydin keçirilməsində əsas məqsəd yollarda baş verən qəzaların, yüksək sürət həddini aşan, təhlükəsizlik kəmərindən istifadə etməyən, kobud qayda pozuntusuna yol verən və qanunsuz avtomobil idarə edən sürücülərin qarşısını almaq, və həmçinin, texniki baxışdan keçməyən nəqliyyat vasitələrini və avtomobilin konstruksiyasina edilən dəyişiklikləri aşkarlamaqdan ibarət olub.

Ümumilkdə, reyd zamanı yol hərəkəti qaydalarını pozan 25-dən çox sürücüyə qarşı YPX əməkdaşları tərəfindən İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokol tərtib edilib. Bu cür reydlərin davamlı olaraq keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, DİN-nin iyunun 15-dən iyulun 15-dək respublika ərazisində "Sürücülər, intizamlı olaq" adı altında təhlükəsizlik ayı keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR