Gəncədə Toyota Mərkəzi açılıb - FOTO

Gəncədə Toyota Mərkəzi açılıb - <span style="color: red;">FOTO
# 20 may 2014 07:26 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Avtomobil sektorunda dünyanın lider şirkətlərindən olan “Toyota” Azərbaycan bazarındakı əhatə dairəsini genişləndirir.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, Azərbaycanın böyük şəhərlərindən biri olan Gəncədə Toyota Mərkəzinin açılışı olub.

2008-ci ildən fəaliyyət göstərən Toyota Gəncə Mərkəzi artıq rəsmi diler ünvanını əldə edib. Mayın 17-də “Toyota” və Toyota Gəncə Mərkəzi arasında imzalanan müqavilə əsasında tərəflər bu addımı atıb. Müqaviləni “Toyota”nın Qafqaz və Orta Asiya regionları üzrə rəsmi distribüterinin prezidenti Yuji Vaqata və Toyota Gəncə Mərkəzinin baş direktoru cənab Aqil Əsgərov imzalayıb.

Gəncə və ətraf bölgələrdə yaşayan avtomobilsevərlər artıq bu mərkəzə gələrək “Toyota” avtomobilləri ilə yaxından tanış ola bilərlər.

“Toyota Gəncə Mərkəzinin açılması bölgə üçün təqdirəlayiq haldır. Artıq Toyota avtomobillərini buradan almaq, servis xidməti və orijinal ehtiyat hissələrini əldə etmək mümkündür” - deyə mərkəzdən bildirilib.

“Toyota” şirkətinin təşəbbüsü ilə açılan Toyota Gəncə Mərkəzinin sayəsində yaxın bölgələrdə yaşayan insanlar komfortu və təhlükəsizliyi ilə seçilən “Toyota” markalı avtomobilləri rahatlıqla əldə edə biləcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR