Səudiyyə Ərəbistanı seysmoloqları Respublika Seysmoloji Xidmət Mərkəzində olublar

Səudiyyə Ərəbistanı seysmoloqları Respublika Seysmoloji Xidmət Mərkəzində olublar
# 24 sentyabr 2013 12:40 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Səudiyyə Ərəbistanı Saudi ARAMCO şirkətinin seysmologiya bölməsinin rəhbəri doktor Cvetan Sinadinovski və şirkətin geofiziki Armando Sena AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) olublar. RSXM-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, RSXM-in baş direktoru, geologiya-minerologiya elmlər doktoru Qurban Yetirmişli ilə görüşən qonaqlar Azərbaycanda seysmologiyanın inkişaf etdiyini, RSXM-in Monitorinq Mərkəzində görülən işləri yüksək qiymətləndiriblər. Q.Yetirmişli qonaqlara mərkəzdə görülən işlər, aparılan kompleks seysmoloji tədqiqatlar haqqında ətraflı məlumat verib. Görüş zamanı tərəflər həmçinin birgə əməkdaşlıq, qarşılıqlı təcrübə mübadiləsi, azərbaycanlı gənclərin Səudiyyə Ərəbistanında doktorantura təhsili almasına dair məsələləri müzakirə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR