Kimyaçılar 26 iyun - Azərbaycan Silahlı Qüvvələr gününü hərbçilərlə birgə bayram edib - FOTOSESSİYA

Kimyaçılar  26 iyun - Azərbaycan Silahlı Qüvvələr gününü hərbçilərlə birgə bayram edib - <span style="color: red;">FOTOSESSİYA
# 27 iyun 2013 18:51 (UTC +04:00)

Bakı-APA. ARDNŞ-in «Azərikimya» İstehsalat Birliyinin gənclərdən ibarət böyük bir qrupu və «Kimyaçı» Mədəniyyət sarayının bədii özfəaliyyət kollektivi 26 iyun – Azərbaycan Silahlı Qüvvələr günü, Milli Ordunun yaranmasının 95 illiyi münasibətilə «N» hərbi hissəsində olublar. «Azərikimya» İstehsalat Birliyindən APA-ya verilən xəbərə görə, ənənəvi hərbi parad Vətənin gənc müdafiəçilərinə hərbi hissə komandanlığının və «Azərikimya» İstehsalat Birliyi nümayəndələrinin müraciəti və bayram təbrikləri ilə başlanıb. Çıxışlarda vurğulanıb ki, Heydər Əliyevin müdrik daxili və xarici siyasətinin, Milli Ordunun qüdrətlənməsi üçün göstərdiyi diqqət və qayğının, Azərbaycan prezidenti İlham Əliyevin ölkəmizin etibarlı müdafiəsi üçün həyata keçirdiyi genişmiqyaslı tədbirlərin sayəsində Azərbaycan Ordusu bu gün regionun ən güclü ordusuna çevrilib.

Hərbi hissənin bölük və alaylarının nizami dəstələrlə keçdiyi hərbi parad başa çatdıqdan sonra «Kimyaçı» Mədəniyyət sarayının özfəaliyyət kollektivləri gənc hərbçilər qarşısında geniş konsert proqramı ilə çıxış edib. İncəsənət nümayəndələrinin ifasında səslənən hərbi-vətənpərvərlik mahnıları alqışlarla qarşılanıb. Konsert proqramının sonunda «Azərikimya» İstehsalat Birliyinin kollektivi tərəfindən hərbi hissənin idmançıları üçün stolüstü oyun vasitələri, həmçinin futbol, voleybol və basketbol topları bağışlanılıb.

Tədbirlər silsiləsi kimyaçıların bilavasitə təşəbbüsü ilə hərbi hissədə ilk dəfə olaraq keçirilən «Breyn-rinq» - bilik yarışları ilə davam etdirilib. Hərbi hissənin klubunda keçirilən tədbirdə «Azərikimya» İB də daxil olmaqla Sumqayıtın 8 və hərbi hissənin 4 komandası iştirak etmişdir. Üç saatdan artıq davam edərək, gərgin və maraqlı keçən yarışda şəhərin «Armada» komandası 1-ci, Sumqayıt Müəllimlər İnstitutunun komandası 2-ci, hərbi hissənin komandası isə 3-cü yeri tutub.

Qalib komandalar «Azərikimya» İstehsalat Birliyi rəhbərliyinin və Birliyin Həmkarlar İttifaqı Komitəsinin xüsusi diplomları və pul mükafatları ilə təltif edilib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR