Soçidə keçiriləcək Qış Olimpiya oyunlarının açılış mərasimində 60 dövlət və hökumət başçısı iştirak edəcək

Soçidə keçiriləcək Qış Olimpiya oyunlarının açılış mərasimində 60 dövlət və hökumət başçısı iştirak edəcək
# 24 yanvar 2014 14:46 (UTC +04:00)

Bakı - APA. Soçidə keçiriləcək XXII Qış Olimpiya oyunlarının açılış mərasimində 60 dövlət və hökumət başçısı iştirak edəcək.

APA-nın “RİA Novosti”yə istinadən xəbərinə görə, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, prezident Vladimir Putin qonaqların əksəriyyəti ilə görüşəcək. Onların arasında üç-dörd nüfuzlu beynəlxalq təşkilatın, o cümlədən BMT-nin rəhbərləri də olacaq.

Bununla belə, Y.Uşakov qonaqların sayında artım olacağını istisna etməyib.

Qeyd edək ki, XXII Qış Olimpiya oyunları fevralın 7-dən 23-dək Soçidə keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR