Gənc Tamaşaçılar Teatrında “İtalyansayağı xoşbəxtlik” tamaşasının premyerası olub

Gənc Tamaşaçılar Teatrında “İtalyansayağı xoşbəxtlik” tamaşasının premyerası olub
# 10 iyun 2013 12:27 (UTC +04:00)

Bakı. Turan Şakir – APA. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “İtalyansayağı xoşbəxtlik” tamaşasının premyerası olub. APA-nın məlumatına görə, görkəmli italyan dramaturqları Dario Fonun “Markolfa” və Pepino de Filipponun “Don Raffael Tranbomçu” əsərlərinin əsasında hazırlanmış iki hissəli tamaşanın quruluşçu rejissoru xalq artisti Cənnət Səlimova, rəqslərin quruluşçusu əməkdar artist Boris Lukinski, bədii tərtibatçısı Zəminə Orucova, musiqi tərtibatçısı İradə Muradova, tryukların quruluşçusu isə İsa Əsədovdur. Rolları əməkdar artistlər Nübar Novruzova, Gülər Nəbiyeva, Leyli Vəliyeva, Şövqi Hüseynov, Seyidşah Məmmədov, Nofəl Vəliyev, aktyorlar Şəbnəm Hüseynova, İradə Rəşidova, Məhərrəm Musayev, Elnur Hüseynov və Eşqin Quliyev ifa edib.

36 aydır evində xadiməlik etdiyi sahibi Markiz Treratedən bir qara qəpik almayan Markofla bir anda uduşlu lotoreyadan zənginləşir. Eyni gündə 3 nəfər – Cüzeppe (ev sahibinin ona külli miqdarda borcu var), Markiz Trerate (borc içində üzür), Cüzeppe (30 ildir ki, Markolfa ilə nişanlıdır) ona evlilik təklif edirlər. Elə bütün hadisələr bundan sonra başlayır. Tamaşanın ikinci hissəsində nümayiş etdirilən “Don Raffael Tranbomçu” mahiyyət və süjet xətti etibarilə “Markolfa” ilə çox oxşardır. Əvvəlki tamaşada olduğu kimi, burada da hadisələr pul ətrafında cərəyan edir. Bir anda böyük məbləğdə pula sahib olan Don Raffael, elə bir anın içində də müflisləşir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR