Misir paytaxtında toqquşmalar nəticəsində onlarla adam yaralanıb

Misir paytaxtında toqquşmalar nəticəsində onlarla adam yaralanıb
# 08 yanvar 2014 11:19 (UTC +04:00)

Bakı – APA. Qahirədə “Müsəlman qardaşları” tərəfdarları ilə polis arasında baş vermiş toqquşmalar nəticəsində onlarla adam yaralanıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Misir paytaxtında toqquşmalar devrilmiş prezident Məhəmməd Mursinin məhkəmə prosesinin bərpasından öncə baş verib.

Yerli mətbuatın yazdığına görə, polislə toqquşmalarda 2 mindən çox adam iştirak edib. Misir hökuməti məhkəmə binasının mühafizəsinə 20 mindən çox hərbçi və polis göndərib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR