Turçinov Ukrayna Təhlükəsizlik İdarəsinin Donetsk vilayəti üzrə İdarəsinin rəisini işdən azad edib

Turçinov Ukrayna Təhlükəsizlik İdarəsinin Donetsk vilayəti üzrə İdarəsinin rəisini işdən azad edib
# 12 aprel 2014 17:46 (UTC +04:00)

Bakı-APA. Ukrayna prezidenti vəzifəsini icra edən Aleksandr Turçinov Ukrayna Təhlükəsizlik İdarəsinin (UTİ) Donetsk vilayəti üzrə İdarəsinin rəisi Valeri İvanovu tutduğu vəzifədən azad olunması haqqında fərman imzalayıb. APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə dövlət başçısının mətbuat xidmətinin açıqlamasında bildirilir.

Qeyd edək V.İvanovun vəzifədən kənarlaşdırılması Donetsk vilayətində vəziyyətin gərginləşməsi fonunda baş verib. Belə ki, Donetsk vilayətinin Slavyansk şəhərində polis idarəsinin və UTİ-nin inzibati binaları hazırda Rusiya yönümlü etirazçılar tərəfindən ələ keçirilib, binaların üzərində isə Rusiya dövlət bayraqları dalğalanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR