BP şirkəti «Şahdəniz II» layihəsi çərçivəsində görüləcək işləri açıqlayıb

BP şirkəti «Şahdəniz II» layihəsi çərçivəsində görüləcək işləri açıqlayıb
# 05 iyun 2013 15:58 (UTC +04:00)

APA-Economics”in xəbərinə görə, bu barədə “BP-Azərbaycan” şirkətinin prezidenti Qordon Birrel bu gün Bakıda işə başlayan “Caspian Oil&Gas-2013” Xəzər Neft-Qaz Konfransında çıxış edərkən bildirib.

Onun sözlərinə görə, bu sistemə körpü vasitəsilə bir-birinə birləşdirilmiş iki yeni hasilat platforması, iki yarımdalma qazma qurğusu vasitəsilə qazılacaq 26 sualtı quyu, 550 metrədək su dərinliyində inşa edilən 500 km uzunluğunda sualtı boru kəmərləri, Azərbaycanda yeni 56” diametrli boru kəməri və iki kompressor stansiyası vasitəsilə genişləndiriləcək Cənubi Qafqaz Boru Kəməri (CQBK) üçün ildə 16 milyard kub metr gücündə modernləşdirilmə və Səngəçal terminalının genişləndirilməsi daxildir.

Bundan əlavə, «Şahdəniz» qazını Avropa sərhədinə, oradan isə qazın yeni boru kəməri vasitəsilə bazarlara nəqli üçün Türkiyə ərazisində yeni TransAnadolu (TANAP) boru kəmərinin inşası planlaşdırılır. Q.Birrel bildirib ki, hazırda TransAdriatik (TAP) və “Nabucco West” boru kəmərləri Cənub Dəhlizinin son hissəsi kimi “Şahdəniz” konsorsiumu tərəfindən qiymətləndirilməkdə olan iki variantdır: “Qiymətləndirmə prosesi hazırda davam edir və biz ümid edirik ki, bütün bunlar cari ayın sonuna qədər yekunlaşdırılacaq».

BP prezidentinin sözlərinə görə, «Şahdəniz»in ikinci mərhələsində bu günədək ciddi irəliləyiş əldə olunub: «Ötən dekabr ayında “Şahdəniz” konsorsiumu ilə ARDNŞ arasında bir sıra sazişlər imzalanıb ki, bu da 2013-cü ilə planlaşdırılan Yekun İnvestisiya Qərarının verilməsinə əminlik yaradır. Bu vaxtadək əldə olunmuş irəliləyiş nəticəsində “Şahdəniz II” layihəsinin 2018-ci ildə hasilata hazır olmasını təmin etmək məqsədilə 2013-cü ildə layihəyə təxminən 2 mlrd. dollar həcmində vəsait xərcləmək planlaşdırılır».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR