Astarada 3 otaqlı ev yanıb

Astarada 3 otaqlı ev yanıb
# 16 yanvar 2014 18:27 (UTC +04:00)

Bakı-APA. Astarada yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Telman kəndində (rayon mərkəzindən 22 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 180 kv.m olan ikimərtəbəli 3 otaqlı evdə baş verib. Nəticədə evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları 120 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 17:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR