Poroşenko, Merkel, Olland və Putin danışıqların üçüncü raundunu müzakirə ediblər

Poroşenko, Merkel, Olland və Putin danışıqların üçüncü raundunu müzakirə ediblər
# 30 iyun 2014 21:29 (UTC +04:00)

Bakı-APA. Ötən gün Ukrayna prezidenti Pyotr Poroşenko, Almaniya kansleri Angela Merkel, Fransa prezidenti Fransua Olland və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub. APA-nın “UNN”ə istinadən verdiyi xəbərə görə, bu barədə Kremlin rəsmi saytında dərc olunmuş məlumatda bildirilir.

Məlumata görə, tərəflər Ukraynadakı böhranın nizamlanması yollarının müzakirəsini davam ediblər.

Kremlin mətbuat xidmətinin məlumatına görə, Vladimir Putin atəşkəs rejiminin uzadılmasının və ATƏT-in fəal rolu ilə atəşkəs rejiminin tələblərinə əməl olunmasına nəzarət mexanizminin yaradılmasının vacibliyini qeyd edib.

Liderlər Kiyev və cənub-şərq bölgələrinin nümayəndələri arasında məsləhətləşmələrin 3-cü raundunun tezliklə təşkil olunmasını təklif ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR