Nihad Cavadovun döyülməsi kadrları təhlükəsizlik kamerası tərəfindən niyə qeydə alınmayıb? - VİDEO

Nihad Cavadovun döyülməsi kadrları təhlükəsizlik kamerası tərəfindən niyə qeydə alınmayıb? - <span style="color: red;">VİDEO
# 22 may 2014 10:44 (UTC +04:00)

Suraxanı rayonunda yerləşən 7 nömrəli xüsusi internat məktəbində azyaşlı Nihad Cavadovun döyülməsi məsələsi bəzi suallar doğurub. Bu suallardan biri məktəblərdə təhlükəsizlik kameraları quraşdırılmasına rəğmən, bu kimi halların araşdırılmasında nə üçün kamera görüntülərindən istifadə olunmamasıdır. APA TV-də yayımlanan “Sosium” verilişinə telefonla qoşulan Təhsil Nazirliyinin QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov deyib ki, internat məktəbdə müşahidə kameraları olsa da, baş vermiş hadisəni bu kameralar vasitəsi ilə izləmək mümkün deyil.

Cəsarət Valehov bildirib ki, hadisə ayaqyolunda baş verib, bu kimi yerlərdə isə etik səbəblərdən kameralar quraşdırılmır. Qeyd edək ki, Təhsil Nazirliyinin hadisə ilə bağlı yaydığı açıqlamada hadisənin ayaqyolunda baş verdiyi, Nihad Cavadovun ayağının sürüşərək yıxıldığı, bu səbəbdən xəsarət aldığı bildirilir. Məlumatda qeyd olunur ki, ayaqyolunda yıxılan Nihadı X sinif şagirdi ayaqyolundan çıxarıb. Uşağın ayaqyolundan dəhlizə çıxarılmasının görüntülərinin olmaması da sual doğruan məqamlardandır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR