İranda 8 nəfər edam edilib

İranda 8 nəfər edam edilib
# 20 dekabr 2013 09:50 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranın Əlborz vilayətində 8 nəfər edam edilib.

APA-nın məlumatına görə, məhbusların nədə günahlandırıldığı məlum deyil. Onların ad və soyadları da açıqlanmayıb.

Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra dekabrın 18-də səhər saatlarında Kərəc şəhərinin Rəcayişəhr həbsxanasında icra edilib.

Məhbuslardan bəziləri Kərəc şəhərinin Qızılhasar həbsxanasının, bəziləri isə Rəcayişəhr həbsxanasının 2, 5 və 7-ci bəndlərinin məhbuslarıdırlar.

Bununla bağlı heç bir rəsmi məlumat verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR