İŞİD İraqın neft emalı mərkəzini ələ keçirib

İŞİD İraqın neft emalı mərkəzini ələ keçirib
# 24 iyun 2014 01:48 (UTC +04:00)

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, İŞİD nümayəndələri neft emalı müəssisələrini yerli sakinlərin idarəetməsinə verəcəklərini bildiriblər.

Qeyd edək ki, Bayci İraqın ən iri neft emalı və kimya sənayesi mərkəzidir.

Hazırda yaraqlılar yeni yaşayış məntəqələrini ələ keçirərək İraqın ikinci ən iri su-elektrik stansiyası yerləşən Hadita şəhərinə yaxınlaşırlar.

“Əl Arabiya” telekanalının məlumatına görə, neft müəssisələrini mühafizə edən hökumət qoşunları silahlarını yerə qoyaraq şəhəri tərk ediblər. Neft emalı kompleksi isə özlərini “ərəb tayfalarının inqilabçıları” adlandıran qüvvələrin əlinə keçib. “Ərəb tayfalarının inqilabçıları” ölkədə baş verənləri üsyan və baş nazir Nuri əl-Malikinin hökumətinə qarşı “xalq inqilabı” kimi qiymətləndirirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR