TQDK Göyçayda yeni dərsliklərin müzakirəsini təşkil edib - FOTOSESSİYA - VİDEO

TQDK Göyçayda yeni dərsliklərin müzakirəsini təşkil edib - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 12 yanvar 2014 00:32 (UTC +04:00)

Göyçay. Elvin Yaqubov-APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşkilatçılığı ilə Göyçay rayonunda yeni təhsil proqramları (fənn kurikulumları) əsasında hazırlanan və hazırda orta məktəblərin VI sinif şagirdlərinin istifadəsində olan tarıx və coğrafiya fənləri üzrə hazırlanmış yeni dərsliklərin müzakirəsi aparılıb. APA-nın məlumatına görə, tədbirdə 7 rayondan 60 müəllim, eləcə də TQDK-nın nümayəndələri, dərslik müəllifləri iştirak ediblər.

Tədbirdə məlumat verilib ki, TQDK tərəfindən orta məktəblərin I-XI siniflərində tədris olunan dərsliklərin monitorinqi aparılıb. Rəylər TQDK-nın rəsmi internet səhifəsində yerləşdirilib. I sinifdən VI sinifə qədər olan dərsliklər isə yeni təhsil proqramları (kurikulum) əsasında hazırlanıb. Bundan əlavə hazırki tədris ilində VI siniflər üçün yeni dərsliklər istifadəyə verilib. Artıq 2013-2014-cü tədris ilinin birinci yarımiliyi arxada qalıb. Bu tədbirin keçirilməsində əsas məqsəd birinci yarımillikdə tədris üçün nəzərdə tutulan hissənin müzakirəsini təşkil etməkdir.

Tədbirdə dərsliklərin məzmunu, dil və üslubu, bədii tərtibatı, dizayın məsələləri, dərsliklərdəki tapşırıqların məzmuna uyğunluğu, müəllimlər üçün hazırlanan metodiki vəsaitlə bağlı fikirlər söylənilib, təkliflər irəli sürülüb. Müzakirələrdə orta məktəb müəllimləri ilə yanaşı, ekspertlər və dərslik müəllifləri yaxından iştirak edib, maraqlı təkliflərin nəzərə alınacağı və gələcəkdə yeni dərliklərin hazırlanması zamanı onların tətbiq ediləcəyi qeyd edilib.

Bu cür tədbirlərin yanvarın sonunadək Şirvan, Quba və Lənkəranda da keçirilməsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR