Naxçıvanda məhkəmə-hüquq islahatları ilə bağlı beynəlxalq seminar keçirilir - FOTO

Naxçıvanda məhkəmə-hüquq islahatları ilə bağlı beynəlxalq seminar keçirilir - <span style="color: red;">FOTO
# 28 oktyabr 2013 08:20 (UTC +04:00)

Bakı-APA. Naxçıvan şəhərində “Naxçıvan Muxtar Respublikasında aparılan məhkəmə-hüquq islahatları. Hakimlər üçün Avropa İnsan Hüquqları Konvensiyasına dair” (Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci və 6-cı maddələrinə xüsusi diqqət yönəldilməklə) ikigünlük (28-29 oktyabr) beynəlxalq seminar başlayıb.

Azərbaycan Hüquqşünasları Konfederasiyasından (AHK) APA-ya verilən məlumata görə, seminar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun dəstəyi, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi, AHK, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı və Almaniya Federal Ədliyyə Nazirliyinin Beynəlxalq Hüquq Əməkdaşlığı Fondunun təşkilatçılığı ilə keçirilir.

Beynəlxalq seminarın açılış mərasimi başlanmamışdan öncə qonaqlar, milli və beynəlxalq ekspertlər Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Tədbirin açılışında Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin sədri Ramiz Süleymanov Naxçıvan Muxtar Respublikasında aparılan Məhkəmə Hüquq islahatları barədə çıxış edib.

AHK İdarə Heyətinin sədri, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin Əli Hüseynli qeyd edib ki, Naxçıvan Muxtar Respublikasında məhkəmə-hüquq islahatları bütün istiqamətlərdə davam edir. Ə. Hüseynli son zamanlar Naxçıvan MR-da məhkəmə-hüquq islahatlarının çox yüksək səviyyədə həyata keçirildiyini qeyd edərək, qanunun aliliyinin qorunmasında Muxtar Respublikada aparılan işləri yüksək qiymətləndirib.

Almaniya Federal Ədliyyə Nazirliyinin Beynəlxalq Hüquq Əməkdaşlığı Fondunun Cənubi Qafqaz üzrə layihə rəhbəri Tereza Talhammer çıxış edərək iştirakçıları salamlayaraq belə bir mötəbər beynəlxalq tədbirin Naxçıvan MR – da keçilməsindən və özünün də ilk dəfə Naxçıvan MR da olmasından məmnun qaldığını qeyd edib. O, Almaniya Federal Ədliyyə Nazirliyinin ekspertlərini təqdim edərək, qonaqların da ilk dəfə Naxçıvan MR da olmasını vurğulayıb.

Açılış nitqindən sonra “Konvensiyanın yaranma tarixi, məzmunu və beynəlxalq-hüquqi əhəmiyyəti”, “Fərdi şikayətlər və bu şikayətlər üzrə icraat”, “Konvensiya pozuntusunun yoxlanılması qaydası” mövzuları ətrafında məruzələr dinlənilib. Mövzu üzrə məruzələrlə Avropa Şurasının İşgəncələrin və qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısının alınması üzrə Komitəsinin sədri, Milli Məclisin Dövlət Quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri Lətif Hüseynov, Federal Publik İdarəçilik İnstitutunun publik hüquq (dövlət və Avropa hüququ) üzrə professoru Mixaela Vittinqer çıxış ediblər.

Daha sonra Lətif Hüseynov, Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin sektor müdiri, AHK İdarə Heyətinin üzvü Çingiz Əsgərov, Almaniya Federal İnzibati Məhkəməsinin sabiq hakimi Otto Mallmann, AHK İdarə heyətinin üzvü, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev, AHK İdarə Heyətinin üzvü, deputat Fazil Mustafa məruzələrlə çıxış ediblər.

Daha sonra mövzular ətrafında müzakirələr aparılıb. Beynəlxalq seminar oktyabrın 29-da davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR