Rüstəm İbrahimbəyov Tiflisdə İsa Qəmbərlə görüşməməsinin səbəblərini açıqlayıb

Rüstəm İbrahimbəyov Tiflisdə İsa Qəmbərlə görüşməməsinin səbəblərini açıqlayıb
# 21 noyabr 2013 09:43 (UTC +04:00)

Bunu APA-ya açıqlamasında Milli Şuranın sədri Rüstəm İbrahimbəyov deyib.

O, bildirib ki, Milli Şurada həmsədrlik institutunun yaradılması, gələcək fəaliyyəti ilə bağlı məsələlər məhz qurumun sessiyasında həllini tapmalıdır. R. İbrahimbəyovun sözlərinə görə, Cəmil Həsənli ABŞ-dan dönəndən sonra keçiriləcək sessiyada Milli Şuranın gələcəyi ilə bağlı lazımi qərarlar qəbul ediləcək. R. İbrahimbəyov Milli Şurada Eldar Namazovun rəhbərlik etdiyi İcra Aparatının fəaliyyətindən də narazı olduğunu bildirib. Qeyd edib ki, hazırda Milli Şuranın və qurumun İcra Aparatının fəaliyyəti ilə bağlı sənədlərin üzərində iş gedir: “Milli Şuranın sessiyasında lazımi qərarlar qəbul ediləndən sonra işlər qaydaya düşəcək”.

R. İbrahimbəyov Eldar Namazovun Milli Şuraya paralel qurumlar yaradılmalı olduğu barədə təşəbbüsünə isə elə Eldar Namazovun özünün aydınlıq gətirməsini zəruri sayıb: “Mənə gəlincə, bizim Milli Şurada konkret işlərimiz var, o işləri görməliyik”.

O, Tiflisə gəlişinin yalnız Rusiya, İspaniya, Azərbaycan və Gürcüstanın təşəbbüsü ilə çəkilən filmlə bağlı olmadığını açıqlayıb. R. İbrahimbəyov bir neçə il əvvəl “Əli və Nino” əsəri ilə bağlı ssenari yazdığını və bu yaxınlarda həmin ssenari əsasında çəkilişlərin başlayacağını nəzərə çatdırıb: “Mən Gürcüstanda da əsasən “Əli və Nino” ilə bağlı işlərlə məşğul idim. Çəkilişlər gələn ilin yayına qədər aparıla bilər, ancaq öncə çəkilişə hazırlıqlar aparılır. Çəkiliş Gürcüstan və Azərbaycanda olacaq. Çəkilişlərlə hazırlıqlarla əlaqədar Bakıya gələcəyəm. Gələn ilin mart ayının əvvəlinə qədər fəaliyyət planım hazırdır, dekabr-yanvar aylarında ABŞ-da, daha sonra Avropada işlərim var. Bakıya mart ayından tez gəlməyəcəyəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR