İstanbulun Gəzinti parkında və Türkiyənin digər bölgələrində aksiyalar bu gün davam edəcək

İstanbulun Gəzinti parkında və Türkiyənin digər  bölgələrində  aksiyalar bu gün davam edəcək
# 01 iyun 2013 23:33 (UTC +04:00)

İstanbul. Mayis Əlizadə-APA. Gəzinti parkında ticarət mərkəzi inşaatıyla bağlı hökumətlə xalq arasında yaranmış gərginlik davam edir. Cərəyan edən proseslərə yazılı açıqlama ilə münasibət bildirən prezident Abdullah Gülün “Təhlükəsizlik qüvvələrimiz vəzifələrini yerinə yetirərkən həmişəkindən daha çox həssaslıq göstərməli,müdaxilələrində ölçülü olmağa diqqət yetirməlidir, üzücü görüntülərin ortaya çıxmasına səbəb olmamalıdırlar”- sözləri diqqəti cəlb edib.

Taksimdə cərəyan edən proseslərə gün ərzində 2 dəfə münasibət bildirən baş nazir Ərdoğan isə Gəzinti parkındakı layihələrini həyata keçirməkdə qərarlı olduqlarını vurğulayıb.Ərdoğan, polisin dinc aksiyaçılara qarşı bibər qazından qeyri-proporsional şəkildə istifadə etdiyini, buna görə daxili işlər nazirliyinin lazımi tədbirləri görəcəyini söyləyib.Cərəyan edən proseslərin ideoloji olduğunu iddia edən Ərdoğan layihənin həyata keçirilməsi dair planın həyata keçirilməsinin məhkəmə tərəfindən dayandırılmasını da tənqid edib:”Tikinti başladımı? Niyə bunu bir anda açıqlayırsan? Heç kimin diqqət yetirmədən belə bir qərar qəbul etməyə haqqı yoxdur. Müxalifət bu qərarın arxasına sığınır.Türkiyə çözüm prosesində ikən bu cür bir addımın atılması düşündürücüdür. CHP-dən olan millət vəkilləri təhrikçilik edirlər. MHP də ideologiyasının heç uyğun gəlmədiyi bu qrupla əməkdaşlıq edir”.

Layihənin həyata keçirilməsində nəinki geriyə addım atmayacaqlarını, hətta müəyyən müddətdən bəri bağlı olan bölgədəki Atatürk mədəniyyət mərkəzini də uçuraraq yeni mərkəz tikəcəklərini deyib.

Ana müxalifətdəki CHP-nin İstanbulun Asiya tərəfində Kadıköy bölgəsindəki mitinq keçirmə cəhdinə də münasibət bildirən baş nazir Ərdoğan CHP lideri Kamal Kılıçdaroğlunu təhrikedici ifadələr işlətməməyə çağırıb: ”Məqsəd mitinq keçirməkdirsə, mən onun 100 min adam topladığı yerə 1 milyon adam toplayaram”.

Hökumət üzvləri və iqtidar partiyası idarəçilərinin açıqlamalarında Taksimdə cərəyan edən proseslər “hökumətin ölkəyə sülh gətirmək üçün atdığı önəmli addımlara qarşı təxribat cəhdi” kimi dəyərləndirilib.

Ankara bələdiyyə başqanı Məlih Gökçək tvitterdəki səhifəsindən proseslərə münasibətini “Şükür edin ki, bu millət demokratiyaya inanır, yoxsa bu millət təxribatçıları tüpürcəyi ilə boğar” sözlərilə bildirib.

Kadıköydəki mitinqini təxirə salan ana müxalifətdəki Cümhuriyyət Xalq Partiyası üzvlərinin Beşiktaş səmtindən Taksim meydanına çıxmağa cəhd göstərməsi vaxtı polislə vətəndaşlar arasında toqquşmalar yaşanıb.

Günortadan sonra polis Gəzinti parkını tərk edib,aksiyaçılar parka daxil olublar.

Axşamüstü mediaya açıqlama verən müxalifətdəki Milliyyətçi Hərəkat Partiyasının sədri Devlet Bahçeli “polisin ona verdiyi əmrləri yerinə yetirdiyini, ona görə də polisi günahlandırmağın doğru olmadığını” vurğulayıb. MHP-nin bundan sonra da bu cür aksiyalarda iştirak etməyəcəyini xatırladan MHP lideri Bahçeli “İnşallah, bundan sonra bu cür hadisələrdən istifadə edərək Türkiyəni Orta Şərqdəki “ərəb baharı”na bənzəyən və indidən adını “Türk baharı” qoyaraq qardaş savaşına sürükləyə biləcək davranışlardan, başda iqtidar və siyasi müxalifətin bəzi marginal ünsürləri vaz keçməlidir” deyib. Devlet Bahçeli məhkəmənin Gəzinti parkı layihəsilə bağlı 15 aydan sonra qərar qəbul etməsini də tənqid edib.

Başda paytaxt Ankara olmaqla Türkiyənin bir çox şəhərində İstanbulun Taksim bölgəsindəki dinc aksiyalara dəstək verilib. Aksiyaçılarla qarşıdurma yaranmaması üçün polis qüvvələri Ankaranın mərkəzi parkından geri çəkilib. Sosial şəbəkədə əksini tapan bir xəbərdə isə İranla sərhəd bölgəsindəki Hakkari vilayətindən əsgərlərin İstanbulun Gəzinti parkındakı aksiyaya dəstək fotoları dərc olunub. Kayseridəki askiyalarda iştirak etdiyinə görə polis nəzarətinə alınan 200 adamın əksəriyyəti sərbəst buraxılıb.

Bazar günü də İstanbulun Taksim bölgəsindəki Gəzinti parkında və Türkiyənin digər bölgələrində aksiyaların davam edəcəyi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR