Azərbaycan bankları dekabrda zərərlə işləyib

Azərbaycan bankları dekabrda zərərlə işləyib
# 06 fevral 2014 12:15 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları 2013-cü ildə 341,25 mln. manat həcmində vergi ödənilənədək mənfəət qazanıb. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumatına görə, bu, 2012-ci ilin analoji göstəricisi ilə müqayisədə 171,34 mln. manat və ya 2 dəfə çoxdur.

Qeyd edək ki, yanvar-noyabr ayları üzrə bankların məcmu mənfəəti 355,76 mln. manat təşkil edib və beləliklə dekabr ayını banklar 14,51 mln. manatlıq zərərlə başa vurub.

İl ərzində bankların faiz gəlirləri 1 646,86 mln. manat, faiz xərcləri 817,64 mln. manat təşkil edib və nəticədə, faiz mənfəəti 829,22 mln. manata bərabər olub. Eyni zamanda, bankların qeyri-faiz gəlirləri 442,60 mln. manat, qeyri-faiz xərcləri isə 759,37 mln. manat təşkil edib ki, bunun nəticəsində qeyri-faiz əməliyyatları üzrə 316,76 mln. manat həcmində zərər yaranıb.

Qeyd edək ki, faiz mənfəəti illik müqayisədə 232,35 mln. manat və ya 38,9%, qeyri-faiz zərəri isə 48,25 mln. manat və ya 18,0% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR