Serj Sarkisyan və KTMT-in baş katibi əməkdaşlıq məsələlərini müzakirə ediblər - FOTO

Serj Sarkisyan və KTMT-in baş katibi əməkdaşlıq məsələlərini müzakirə ediblər - <span style="color: red;">FOTO
# 04 fevral 2014 18:47 (UTC +04:00)

Bakı-APA. Ermənistan prezidenti Serj Sarkisyan fevralın 4-də İrəvanda işgüzar səfərdə olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyuja və təşkilatın Birləşmiş qərargah rəisi, general-leytenant Aleksandr Studenikin ilə görüşüb.

APA-nın “NEWS.am”a istinadən verdiyi xəbərə görə, Ermənistan prezidentinin mətbuat xidmətinin açıqlamasına əsasən, görüşdə tərəflər KTMT çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər. “Tərəflər həmçinin KTMT-in hərbi komponentinin inkişafı, 2013-cü ilin sentyabrın 23-də Soçidə KTMT-in Kollektiv Təhlükəsizlik Şurasının sessiyasında qəbul olunmuş KTMT-na üzv olan dövlətlər arasında hərbi əməkdaşlığın əsas istiqamətlərinin inkişafı proqramının reallaşdırılması və kollektiv təhlükəsizliyin Qafqaz bölgəsində təhlükəsizliyin təmini məsələlərini müzakirə ediblər”, deyə açıqlamada deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR