Azay Quliyev İstanbul Ticarət Odasının nümayəndə heyətilə görüşüb

Azay Quliyev İstanbul Ticarət Odasının nümayəndə heyətilə görüşüb
# 04 aprel 2014 17:19 (UTC +04:00)

Bu barədə APA-ya Şuranın mətbuat xidmətindən məlumat verilib. Qonaqlar adından danışan Türkiyə millət vəkili Seyid Sertçelik ölkələrimiz arasında bütün sahələr üzrə əməkdaşlığın yüksək səviyyəsini qeyd edərək, qondarma erməni soyqırımı təbliğatına qarşı birgə fəaliyyətin gücləndirilməsinin vacibliyini bildirib.

Türkiyənin ictimai qurumları ilə əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi məsələlərinə toxunan Şura sədri A.Quliyev qonaqlara ötən illər ərzində ölkələrimizin milli maraqlarının qorunması istiqamətində Türkiyə hökuməti, bələdiyyələr, millət vəkilləri və Sivil Toplum Quruluşları ilə birgə həyata keçirilmiş tədbirlər haqqında məlumat verib. A.Quliyev qeyd edib ki, qondarma erməni soyqırımı təbliğatının dünyada Türkiyəyə qarşı yönəldilməsinə cavab olaraq Azərbaycan ermənilərin törətdiyi Xocalı soyqırımını daim gündəmə gətirərək tanıdır. Şura sədri son illər bu işdə Türkiyə və Azərbaycan ictimai qurumlarının fəaliyyətinin daha sıx koordinasiya edildiyini vurğulayıb.

Görüşdə 2015-ci il qondarma erməni soyqırımının yubileyi iddialarının ifşa edilməsi, Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün İşçi Qrupun yaradılması və keçiriləcək tədbirlərdə QHT-lərin yaxından iştirakı haqda razılıq əldə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR