Dövlət Komitəsi: Təhsil müəssisələrində qidalanma üzrə dövlət standartının tələblərinə sərt şəkildə nəzarət ediləcək

Dövlət Komitəsi: Təhsil müəssisələrində qidalanma üzrə dövlət standartının tələblərinə sərt şəkildə nəzarət ediləcək
# 27 avqust 2013 09:53 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimlənmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin rəisi Əbülfət İmanov deyib.


Ə. İmanov bildirib ki, bu standartların tətbiqinin əsas məqsədi məktəblərdə göstərilən iaşə xidmətinin günün tələblərinə cavab verəcək şəkildə yerinə yetirilməsidir: “Qəbul olunan bu standartın bütün tələbləri yerlərdə mütəxəssislərimiz tərəfindən həyata keçiriləcək. Standartın tələbləri çox sərtdir və bu tələblərə sərt şəkildə də nəzarət ediləcək. Ən əsası da baytarlıq nəzarətindən keçməyən ət və digər kənd təsərrüfatı məhsullarının istifadəsi qadağan edilib”.

Xidmət rəisi onu da əlavə edib ki, onlar Ədliyyə Nazirliyindən rəsmi qaydada reyestrdən çıxış aldıqdan sonra yoxlamaları həyata keçirirlər: “Nəzarət tədbirləri müəssisələrdə əsasən, bir ildən bir keçirilir. Lakin buna baxmayaraq şikayətlər daxil olduqda, həmin müəssisədə yoxlamanın nə zaman aparılmasından asılı olmayaraq, biz reyestrdən çıxarış alıb orada yoxlamalar aparırıq. Yoxlamalar standartda göstərilən şərtlərin yerinə yetirilmədiyi hallarda həyata keçirilir”.

Ə. İmanovun sözlərinə görə, müəssisələrdə qidaların standartlara uyğun olmamasından narazı qalan şəxslər komitəyə və komitənin regionlardakı nəzarət idarələrinə müraciət edə bilərlər. Həmin müraciətlər əsasında dərhal müvafiq tədbirlər görüləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR